Simonyan Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi”ndən çıxarılmasına eyham vurub

Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi”nin binasından çıxarılmasının mümkünlüyünə eyham vurub.
APA xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Erməni spiker qondarma rejimin “hakimiyyətini” tanınmamış “respublika”nın ləğvində ittiham edib. Simonyan qeyd edib ki, bundan sonra mütəmadi olaraq qondarma “Artsaxın nümayəndəliyi”ndə görüşlər təşkil edir və bu günahı yumağa çalışırlar.

“Düşünürəm ki, biz indi həm də bu binanın təyinatını nəzərdən keçirməliyik. O, bu cür məqsədlərə xidmət etməməlidir”, - Simonyan vurğulayıb.