Prezident: Xaricdəki həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması...

Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır.
Sherg.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına müraciətində deyilir.

“Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür”, - müraciətdə vurğulanıb.