Zelenski Trampın prezidentliyini sülh şansı adlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Donald Trampın ABŞ prezidentliyinə qayıdışı sülh üçün bir şansdır və bundan istifadə etmək lazımdır.

APA xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram” kanalında yazıb.

Zelenski Trampı güclü insan adlandırıb. O, Ağ Evin yeni rəhbərinə və bütün ABŞ-yə uğurlar arzulayıb.

“Ukraynalılar sülhə - həqiqi sülhə nail olmaq üçün amerikalılarla işləməyə hazırdırlar”, - Zelenski qeyd edib.