Serdar Ortaçdan etiraf: Həyat yoldaşımı öpmədim, məni boşadı

Məşhur müğənni Serdar Ortaç evliliyini bitirməsi ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Serdar Ortaç 2014-cü ildə evləndiyi və 2019-cu ildə boşandığı irlandiyalı model Xloe Loughnan haqqında yeni açıqlama verib.

Sherg.az xəbər verir ki, bir məkanda konsert verən ifaçı "Arvadımı öpmədim, məni boşadı. Xahiş edirəm arvadlarınızı öpün! Evlilik ruhi xəstələr üçündür. Hərdən qısqanıram, amma bu həqiqətən rasional bir şey deyil" deyə bildirib.
Müğənni səhhətindəki problemlərdən də danışaraq, "Xəstəxanaya getdim, şəkərim 500 idi. Ölsəm bu mahnıları kim ifa edəcək?" deyib.