"Fikir verirəm ki, onların yanaşmaları daha məntiqlidir, gələcəkyönümlüdür”
Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn özünün feysbuk səhifəsində maraqlı bir foto paylaşıb.
Sherg.az xəbər verir ki, partiya sədri paylaşımına bu qeydləri əlavə edib: "Nəvələr dədələri, dədələr də nəvələrini dinləməlidir. Çox maraqlı müzakirəmiz oldu".
Qeyd edək ki, P. Hüseynin paylaşımı sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Sabiq nazir “Sherg.az”a açıqlamasında nəvələri ilə görüşdə bir yox, bir neçə mövzuda fikir mübadiləsi apardıqlarını deyib:
“Çox şeydən danışdıq. Biri 8-ci, digəri də 9-cu sinifdə oxuyur. Əvvəlcə, nənələrimizdən, babalarımızdan, keçmiş xatirələrdən danışdıq. İstəyirəm onlar öz keçmişlərini, kim olduqlarını bilərək böyüsünlər. Daha sonra da dərslərindən, maraqlandıqları sahələrdən söz düşdü. Hələ məktəbli olmalarına baxmayaraq biz siyasi mövzularda da xeyli fikir mübadiləsi apardıq. Hətta olar mənə bəzi məsələlərdə məsləhət də verdilər. Mən də baba olaraq onlara öz siyasi təcrübələrimdən danışıb, tövsiyyələrimizi verdim. Bu fotonu da allerqolik olaraq paylaşdım ki, gənclərə yer vermək lazımdır. Artıq zaman dəyişib, yeni əsr gənclərin dövrüdür. Fikir verirəm ki, onların yanaşmaları daha məntiqlidir, gələcəkyönümlüdür”.
P. Hüseyn deyib ki, nəvələri siyasi proseslərə maraqlı olsalar da siyasətçi olmaq fikirləri yoxdur: “Dəyanət Liseyində oxuyurlar. Uşaqların biri birinci qrup, o biri də ikinci qrup üzrə hazırlaşır. Mən istəyirdim üçüncü qrupa aid olan ixtisaslara hazırlaşsınlar. Lakin onların seçimi fərqlidir”.