Sumqayıtda qamışlıq və avtomobil sexləri yanır

Sumqayıt şəhərində qamışlıq ərazidə yanğın başlayıb.
APA xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Yanğın genişlənərək yaxınlıqda olan avtomobil sexlərinə keçib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.

Hazırda alovun qarşısını almaq üçün tədbirlər davam etdirilir.

FHN-dən APA-ya verilən “112” qaynar telefon xəttinə Sumqayıt şəhəriində açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə yanğınsöndürmə qüvvələri cəlb edilib.