Ukrayna XİN Gürcüstandakı müvəqqəti işlər vəkilini geri çağırıb

Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını bildirib.
Oxu.Az-ın məlumatına görə, nazir özü bu barədə "Facebook"da yazıb.
O qeyd edib ki, bazar günü Ukrayna səfirləri və baş konsulları ilə müşavirə keçirib.

"Ukrayna səfirinin işinin səmərəliliyinin çox aydın meyarlarını səsləndirdim. Bu, konkret nəticə, cəsarət və proaktivlikdir. Müharibədə olan ölkənin səfirləri müharibə reallıqlarından təcrid oluna bilməzlər. Bununla əlaqədar olaraq Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılması barədə qərar qəbul etdim", - deyə məlumatda bildirilib.

Sibiqa vurğulayıb ki, o, Gürcüstandakı müvəqqəti işlər vəkilinin müharibə aparan dövlətin diplomatiyasının reallıqlarını tam başa düşməməsi səbəbindən uzunmüddətli ezamiyyətinin dayandırıldığını bildirib.

XİN rəhbəri, həmçinin nazir müavini İrina Borovesin işdən azad edilməsi barədə təqdimat verdiyini qeyd edib.

Xatırladaq ki, Ukraynanın Gürcüstandakı səfirliyinin fəaliyyətinə Mixail Xarişin rəhbərlik edirdi.