Bu yol təmirə bağlanılıb

Qaradağ rayonunun “Lökbatan” dairəsindən mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Sherg.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin səbəbi yolda aparılan təmir işləridir.