Əminə Ərdoğan: “Ümid edirəm ki, qatillər ən qısa zamanda cavab verəcəklər”

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan dünən cəsədi tapılan Narin Güranın qatillərin ən qısa zamanda ədalət qarşısında cavab verəcəklərinə ümid etdiyini bildirib.
Sherg.az xəbər verir ki, Birinci xanım Ərdoğan sosial media hesabındakı paylaşımında yazıb: "Bu səhər üzücü xəbəri aldığımız qızımız Narinə Allahdan rəhmət diləyirəm. Balaca körpəmizin ölümü ürəyimizi parçaladı. Ümid edirəm ki, qatillər  ən qısa zamanda ədalət qarşısında cavab verəcək”.