Tramp Rusiya prezidenti Vladimir Putinə: "İncimişəm"

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından yenidən prezidentliyə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Demokratlar Partiyasından prezidentliyə namizəd, ABŞ vitse-prezidenti Kamala  Harrisi dəstəklədiyi barədə açıqlamasına münasibət bildirib.

Sherg.az xəbər verir ki, Putinin son açıqlamasına cavab olaraq Tramp belə deyib:"Putini tanıyırdım. Onu yaxşı tanıyırdım. Bilirsiniz, o da məni dəstəklədi. Amma ötən gün Kamalanı  dəstəklədiyini söylədi. Bundan çox incidim. Nədən Harisi dəstəkləməsi maraqlıdır?".

Qeyd edək ki, Putin  bu yaxınlarda etdiyi çıxışında ironik şəkildə Kamala Harrisi dəstəklədiyini bildirib.

Putin ABŞ prezident seçkilərində kimin favorit olduğuna dair suala  "Bizim favoritimiz hazırkı prezident Co Bayden idi. Amma onu yarışdan geri çəkdilər. Digər tərəfdən, bütün tərəfdarlarını Harrisi dəstəkləməyə çağırdı.  Biz də onu dəstəkləyəcəyik”-deyə münasibət bildirmişdi.

Putin ABŞ seçkilərində seçimin Amerika xalqına məxsus olacağını və bu seçimə hörmətlə yanaşacaqlarını bəyan edib.

Ağ Ev Putinin açıqlamalarına belə reaksiya verib: “Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır, nöqtə".