ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Vaşinqton və Tehran arasında münaqişənin həlli ilə bağlı diplomatik danışıqların davam etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Mayk Uolts ABC News telekanalına müsahibəsində danışıb.
O bildirib ki, tərəflər arasında danışıqlar prosesi davam edir və ABŞ İranın Vaşinqtonun təklifinə verəcəyi cavabı gözləyir.
“Bu danışıqlar və diplomatik fəaliyyət davam edir. Onların cavabını görəcəyik”, - deyə Uolts qeyd edib.
Bununla yanaşı, amerikalı diplomat ABŞ Prezidenti Donald Trampın zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatlara yenidən başlamağa hazır olduğunu bildirib.
Uoltsun sözlərinə görə, Tramp mümkün son ana qədər diplomatik yollara üstünlük verir, lakin lazım olarsa hərbi variantı da istisna etmir.