7,5 aylıq körpənin gəzmək sevgisi sosial mediada GÜNDƏM OLDU

Antalyanın Gündoğmuş rayonunda yaşayan Elif Özerin qızı Gökçə üçün çəkdiyi videolar sosial şəbəkələrdə gündəm olub. Öz halında gəzməyi sevən körpə, havalar gözəl olanda anasının kürəyində yeni yerlər kəşf edir. Videolar qısa müddətdə milyonlarla insan tərəfindən izlənilib. Ana Özer isə “Heç bir anı qaçırmırıq” deyib.

Sherg.az xəbər verir ki, Gündoğmuş rayonunda yaşayan 30 yaşlı Elif Özer Küçük və Hüseyin Küçük cütlüyünün 7,5 aylıq qızları Gökçənin gəzməyi sevən davranışları sosial mediada böyük maraq doğurub.

Ana Özerin həyat yoldaşına qızını göstərmək məqsədilə çəkdiyi görüntüləri sosial media hesabında paylaşmasından sonra videolar qısa zamanda viral olub. Balaca Gökçənin daim çölə çıxmaq istəməsi səbəbilə anası onu kürəyinə alaraq yeni yerlər kəşf etmək üçün tez-tez gəzintiyə çıxır. Ana və qızın təbii görüntüləri sosial mediada milyonlarla baxış və bəyənmə toplayıb.

Qızının daim hərəkətdə olmaq istədiyini deyən Elif Özer bildirib:

“Eyni vəziyyətdə qalmaq istəməyən bir körpədir. Onu davamlı gəzdirməli və yeni şeylər kəşf etdirməliyik. Buna görə kəndə gəldik. Hava yaxşı olan günlərdə səhər, günorta və axşam onu çölə çıxarıram. Heç bir anı qaçırmırıq.”

Analığın təsvir edilməsi çətin bir duyğu olduğunu deyən Özer belə davam edib:

“Analıq insanın doğulduğu andan üzərinə yüklənən bir hissdir. Onun ehtiyaclarını anlayıb qarşılıq vermək məcburiyyətində qalırsan. Bu vəziyyətdən çox xoşbəxtəm. İnşallah qızımla daha gözəl yerlərə gedərik. Onunla birlikdə gözəl bir həyat yaşamaq istəyirəm.”