Amerikanın "Lockheed Martin F-35 Lightning II" qırıcısı Ərəbistan yarımadası üzərində səmada fövqəladə vəziyyət barədə siqnal verib.
"Report" xəbər verir ki, bu, təyyarələrin izlənilməsi xidməti olan "Flight Radar"ın məlumatlarında öz əksini tapıb.
Məlumata görə, 13-5067 qeydiyyat nömrəli qırıcı Bakı vaxtı ilə təxminən saat 12:04-də havaya qalxıb, daha sonra isə qəza siqnalı verib. Xidmətin məlumatına əsasən, təyyarə Oman körfəzi və Oman üzərindən uçurmuş.
Təyinat məntəqəsi və insidentin detalları hələ ki məlum deyil.