İran tərəfdən gələn iki pilotsuz uçuş aparatını ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.
"İranın hücumları başlayandan bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri 551 ballistik raket, 29 qanadlı raket və 2 265 pilotsuz uçuş aparatını ələ keçirib.
İranın BƏƏ dövlətinə hücumları başlayandan bəri yaralıların ümumi sayı müxtəlif millətlərdən 230 nəfərə çatıb", - qurumdan qeyd edilib və ölənlərin sayının dəyişmədiyini - 13 nəfər olaraq qaldığı vurğulanıb.
BƏƏ Müdafiə Nazirliyindən vurğulayıblar ki, dövlətin təhlükəsizliyinin və suverenliyinin sarsıdılmasına yönəlmiş istənilən təhdidlərin qarşısını almaq üçün yüksək döyüş hazırlığı vəziyyətindədirlər.