Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı tərəflər İran və ABŞ arasında davam edən danışıqlar prosesini, habelə regiondakı son vəziyyəti müzakirə ediblər.