1800-cü illərdə ABŞ-da səhvən diri-diri basdırılmaqdan qorxan həkim, tədbir almaq istəyib və qəbri üçün “qurtuluş” üsulu hazırlayıb.
“Sherg.az” türk mətbuatına istinadən bildirir ki, qeyri-adi bir məzar dizayn edən həkimin cansız bədənini kənardan izləyənlər şüşə arxasından görə bilir.
“Vermont” əyalətindəki “New Haven” şəhərindəki qəribə qəbirdə o dövrdə yaşayan Timoti Klark Smith adlı bir həkimin cansız bədəni yerləşdirilib və yerdən kiçik bir pəncərəsi var. Pəncərədən aşağı baxanlar qaranlıqda həkimin ölmüş üzü və əlləri ilə qarşılaşır.
Müasir dövrdə qeyri-adi olsa da, 1800-cü illərdə insanların bəzən komada olarkən öldükləri düşünülürdü. Hələ canlı olan insanlar diri-diri basdırılırdı. Zamanla tabutdakı cəsədlərin tərsinə çevrildiyi, qan, cızıq və çuxur olduğu müşahidə edilib.
Smith birinin həqiqətən ölü olub olmadığını müəyyənləşdirməyin çətin olduğunu bilirdi və heç bir şeyi şansa buraxmırdı. O özünü diri-diri basdırılması halı üçün xüsusi bir zirzəmi tikməyi planlaşdırırdı.
Tafofobiyadan əziyyət çəkən həkim (diri-diri basdırılma qorxusu), kabusunun reallaşması durumunda qaçış planının olduğuna əmin olmaq istəyib. Dr. Smithin məzarında bir nəfəs borusu, əlindəki bir zəng və dırmaşmaq üçün istifadə edə biləcəyi bir pilləkən var.
Onun məzarını ziyarət edənlər, illər əvvəl qaranlıqda skelet üzünü və kömək üçün yanlarında çəkic gördüklərini iddia ediblər.