İnternetin sürətini artırmaq mümkündür

İnternet zaman-zaman yavaş ola bilir. Bu vəziyyətdə  istifadəçilər internetin sürətləndirilməsi üsullarını axtarırlar. İnternet həyatımızda mühüm yer tutur. Buna görə internetimizin də sürətli olmasını istəyirik.

İnternetin sürətini necə artıra bilərik?

"Sherg.az" xarici mətbuata istinadən bildirir ki,  interneti sürətləndirmək üçün edə biləcəyiniz bir çox yol var. Əvvəlcə istifadə etdiyiniz modemin bant genişliyini təyin etməlisiniz. Aşağı bant genişliyi olan modemlərdə internet sürəti zəif olur. Bu səbəbdən yüksək bant genişliyi olan bir modem seçməlisiniz. Etməli olduğunuz başqa bir şey viruslardan qurtarmaqdır. Kompüterinizdə bir çox virus varsa, bu internetin yavaşlamasına səbəb olacaqdır. Kompüterinizi yaxşı bir antivirus proqramı ilə tarayaraq viruslardan qurtula və bu şəkildə internetinizi sürətləndirə bilərsiniz.

İnternet kabelləri nə qədər uzun olsa, sürəti  bir o qədər yavaş olacaq. Buna görə də, internet qurarkən modem və port arasında qısa bir kabel seçin. Bu şəkildə  daha sürətli əməliyyatlar həyata keçirə biləcəksiniz.

Qeyd edək ki, interneti sürətləndirən proqramları da sizinlə bölüşəcəyik.