Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı səfərlərdə şəxsiyyət vəsiqəsilə səyahət etmək imkanı verən protokolun 1 Aprel 2021-ci il tarixində qüvvəyə minməsi barədə Türkiyə Xarici İşlər Nazirliyindən açıqlama verilib.
"Sherg.az" xəbər verir ki, beləliklə, iki ölkə vətəndaşları, pasporta ehtiyac olmadan yalnız yeni şəxsiyyət vəsiqəsi təqdim edərək səyahət edə bilərlər:
"Can Azərbaycan ilə 1 aprel 2021-ci il tarixindən etibarən həyata keçiriləcək yeni tənzimləmə, ölkələrimiz arasında "iki dövlət, bir millət" ifadəsində diqqətə çatdırılan möhkəm qardaşlıq əlaqələrini daha da gücləndirəcəkdir.
Qeyd edək ki, ötən gün Türkiyə Təhlükəsizlik İdarəsinin rəsmi Twitter hesabında bu barədə paylaşım edilərək "bir millət, iki dövlət. Azərbaycan və Türkiyə indi daha yaxındır" sözləri qeyd edilmişdi.