Peyvənd orucu pozurmu? - İZAH

Dünyada koronavirusla mübarizə davam edərkən, pandemiyanın kölgəsində ikinci Ramazana "Salam" deyən İslam dünyasının ağlındakı suala cavab gəlib.
"Sherg.az" türk mətbuatına istinadən xəbər verir ki, Diyanət İşləri Rəhbərliyi Diyanət İşləri Yüksək Şurası epidemiya xəstəliklərinə qarşı peyvəndlərin orucu pozmayacağını açıqlayıb. İclasdan sonra verilən açıqlama belə xülasə edilib:

"İslamın beş əsas prinsipindən biri olan oruc, sübh açıldıqda yemək, içmək və cinsi əlaqələrdən uzaq duraraq edilən ibadətdir. Nəticədə oruc yemək, içmək, cinsi əlaqə və bunların əhatə dairəsinə daxil olan şeylərlə pozulur.

Beynəlxalq fətva məclislərinin fikirlərinə görə, inyeksiya və peyvəndlər daxilində tətbiq olunan müalicə üsulları arasında orucu pozmayanları aşağıdakı kimi sıralamaq olar: Epidemiya peyvəndləri, ağrıkəsici iynələr, sırf terapevtik iynələr lokal anesteziyada istifadə olunan bədənin müəyyən bir hissəsini uyuşdurmaq üçün vurulan qidalandırıcı tərkibli iynələr, xəstəyə hər hansı bir maye maddə vermədən hemodializ, angioqrafiya və biopsiya aparmaq, bədənə məlhəm vurmaq, bədənə dərman lentini vurmaq".