Hərbi Qənimətlər Parkı... Bu məkanı möhtəşəm edən şübhəsiz ki, Azərbaycan əsgərinin şücaətidir.
Doğrudan da, Hərbi Qənimətlər Parkı hər bir vətəndaşda qürur hissi doğurur...
Bu Park başdan-ayağa mərd oğullarımızın sənət əsəridir. Belə əsgərlərin qarşısında heç bir düşmən tab gətirə bilməz!
Dənizkənarı Milli Parkında yerləşən 5 hektarlıq bu ərazidə , Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.
Sözügedən Park haqqında çox danışmaq olar. Bir qədər geniş videoreportajı sizə təqdim edirik: