“Dəmir yumruq” abidəsinin memarı: “Əsəri beş aya hazırlamışam”
11:56 26.06.2021
Cəmiyyət
1048
“Hadrut qəsəbəsində qoyulan “Dəmir yumruq” abidəsi Prezident İlham Əliyevin dəmir yumruğudur”.
Bunu “Qafqazinfo”ya qəsəbədə qoyulan, fotosu sosial şəbəkələrdə geniş yayılan abidənin müəllifi rəssam Elxan Əliyev bildirib.
Onun sözlərinə görə, Şuşada və ya digər işğaldan azad olunan ərazilərimizdə zəfər yolunun üzərində belə bir abidə ucaltmaq arzusunda olub.
“Prezidentin möhtəşəm yumruğu məni bu abidəni yaratmağa sövq edib. Əvvəlcə, generalımız Mayis Bərxudarova bu abidənin kiçik maketini hazırlayıb təqdim etmişdim. O, çox bəyəndi və söhbət əsnasında təklif etdim ki, gəlin bunun böyüyünü düzəldək. Generalımız da razılaşdı. Heykəlin və “Zəfər şəhidləri” kompleksinin layihəsini qızım – gənc memar Gülər Əlizadə verdi. Özümün rəhbəri olduğum şirkətin komandası ilə birlikdə isə “Dəmir yumruğ”u öz vəsaitimiz hesabına hazırladıq”.
Müəllif bildirib ki, Hadrutda hərbi hissənin həyətində qoyulan abidə təxminən 5 aya ərsəyə gəlib:
“Dəmir yumruq” qayaların içərisində hazırlanıb. Abidədə bayrağımız, ay-ulduz, əsgərlərimiz, dronlar əks olunub. Hazırlanmasında isə dəmir listlərdən istifadə olunub. Bu abidəni həm Prezidentimizə, həm də ordumuza həsr etmişik. İyunun 24-də abidənin açılışı olub. Həmin gün hərbi hissə komandiri və general tərəfindən şəhadətnamə ilə təltif olunmuşam”.
Bundan əvvəl öz komandası ilə birgə Bakının Əmircan qəsəbəsində abadlıq işləri görən rəssam işğaldan azad olunan torpaqlarda hansısa bir qəsəbəni götürüb bütövlükdə təmir etmək arzusunda olduğunu da dilə gətirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-nin vitse-prezidenti Macarıstana səfər edəcək
23:58 02.04.2026
Dünya
Uşakov: Hörmüz boğazı Rusiya üçün açıqdır
23:19 02.04.2026
Region
ABŞ-nin baş prokuroru istefa verdi - Trampdan ilk REAKSİYA
22:17 02.04.2026
Dünya
Argentina İran diplomatına 48 saat vaxt verdi
21:40 02.04.2026
Dünya
SEPAH Bəhreyndə Amazon mərkəzini vurdu
21:26 02.04.2026
Dünya
Özbəkistan və Pakistan İranı müzakirə etdi
21:11 02.04.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
20:56 02.04.2026
Rəsmi
Gürcüstanda azərbaycanlı gənc qətlə yetirilib
20:27 02.04.2026
Hadisə
Yer kürəsini maqnit qasırğası bürüyüb
20:11 02.04.2026
Dünya
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edilib
20:00 02.04.2026
Media
Əli Əsədov Cövdət Yılmazla görüşdü
19:40 02.04.2026
Siyasət
Qaçaq FETÖ üzvü Nevşəhirdə tutuldu
19:16 02.04.2026
Dünya
ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək istəyir
18:50 02.04.2026
Dünya
“Şillə” mübahisəsi: Tramp istehza etdi, Makron sərt cavab verdi
18:42 02.04.2026
Gündəm
Uqandada bağçada dörd uşaq öldürülüb
18:35 02.04.2026
Dünya
Avstriya ABŞ-nin İranla bağlı xahişini rədd etdi
18:28 02.04.2026
Dünya