Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva yenidən müalicəyə başlayıb.
Bu barədə o, “Instagram” səhifəsində paylaşım edib.
T.Əliyeva bildirib ki, artıq bu gündən kimyəvi terapiya müalicəsi alacaq.
“İllərdir 419-cu palataya gəlirəm. Bir ümidim var ki, sağalacağam və sağalıram da. Kimyəvi terapiya üçün artıq 25-ci dəfədir bu otaqda qonağam. İnşallah bunu da birlikdə yenəcəyik”.
Qeyd edək ki, T.Əliyeva uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.