Narinin ölüm səbəbi bəlli oldu

Türkiyənin Diyarbəkir bölgəsində 19 gün davam edən axtarışlardan sonra cəsədi tapılan Narin Güranın ölüm səbəbi məlum olub.
Axar.az xəbər verir ki, bununla bağlı tibbi ekspertizanın rəyi açıqlanıb.
Bununla da Narin Güranın boğularaq öldürüldüyü dəqiqləşdirilib.
Həmçinin məlumatda Narinin ağız suyu ilə əmisi Salim Güranın əl və maşınından götürülmüş mayenin tərkibinin eynilik təşkil etdiyi bildirilib.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dovşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib.
İstintaq çərçivəsində Narinin 8 nəfər qohumu həbs olunub.