Körpə Ümidə ümid olaq - FOTO


Azərbaycanda yeddi aylıq körpənin sizin köməyinizə ehtiyacı var.

Oxu.Az xəbər verir ki, bu barədə azyaşlı Ümid İbadovun anası Rəna İbadova məlumat verib.

O bildirib ki, oğlunun ürəyində anadangəlmə qüsur olub:

“Oğlum İbadov Ümid Xaliq oğlu 2021-ci il yanvar ayının 5-də dünyaya gəlib. Ağdamın Təzəkənd qəsəbəsində ünvanında yaşayırıq. Həkimlər Ümidə Pulmonar hipertenziya diaqnozu qoydular və iki dəfə açıq ürək əməliyyatı keçirməli olduğunu bildirib. Oğlum ilk əməliyyatı keçirsə də, ikinci əməliyyat üçün 25 min manat civarında pul lazımdır. Maddi imkanımız olmadığı üçün əməliyyat xərclərini qarşılaya bilmirik. Xahiş edirik, Ümidin sağlamlığına qovuşması üçün bizə kömək edəsiniz”.

Sabah bu körpənin 5 ayı tamam olacaq. Ümidin əməliyyat xərclərinə köməklik etmək istəyənlər 051-587-22-15 nömrəsi vasitəsilə uşağın ailəsi ilə əlaqə saxlaya bilər.

Kapital Bank: 4169 7385 2961 1091 Rena İbadova