Riyaziyyat müəllimi koronavirusdan vəfat etdi

Zəngilan rayon 26 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Əfşan Bəşirova koronavirus infeksiyası səbəbindən vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə Zəngilan Rayon Təhsil Şöbəsi feysbuk səhifəsində bildirib.

“Zəngilan Rayon Təhsil Şöbəsinin kollektivi 26 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Bəşirova Əfşan Hilal qızının koronavirus infeksiyasından vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.