2025-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb

2025-ci ildə Azərbaycanda gəlirlər sahəsində həyata keçiriləcək siyasətin əsas istiqamətləri ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır.
"Sherg.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi-gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması planlaşdırılır. Qeyd edilən sahələrdə əsas prioritet istiqamətlər aşağıdakı kimidir:
- İnvestisiya mühitinin, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqi verilməsi, bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə vergi güzəştinin tətbiq edilməsi;
- Ekoloji təmiz, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması, infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi;
- Vergi-gömrük inzibatçılığı mexanizminin təkmilləşdirilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi;
- Dövlət rüsumlarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi.