BMT-dən Livandakı partlayışlara münasibət...

BMT Livanda yüzlərlə insanın yaralanmasına səbəb olan peycer partlayışlarından son dərəcə narahatdır və mülki şəxslərin ölümünü pisləyir.

Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

"Olduqca gərgin olan vəziyyətin kontekstini nəzərə alsaq, bu inkişaf son dərəcə narahatedicidir. Təbii ki, biz mülki şəxslərin ölümünü pisləyirik", - deyə o bildirib.