Məktəblərdə direktorlar məcburi vaksinasiya edilir? - RƏSMİ

Biləsuvar Rayon Təhsil Şöbəsi (RTŞ) tərəfindən məktəb direktorlarının məcbur vaksin vurdurması üçün göstəriş verildiyi iddia edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddia edilib ki, təhsil şöbəsi tərəfindən direktorlardan vaksin üçün pul tələb edilir.
Biləsuvar Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur:
“Biləsuvar RTŞ tərəfindən hazırda pedaqoji işçilər arasında vaksinasiya ilə bağlı sadəcə maarifləndirmə işləri aparılmaqdadır”.