Aİ bir sıra ölkələrdən gələnlər üçün məhdudiyyətlər tətbiq edəcək

Avropa İttifaqı ABŞ-ı vətəndaşlarına pandemiya məhdudiyətləri olmadan birlik ərazisinə daxil olmasına izacə verilən ölkələr siyahısından çıxarır.

Müvafiq prosedura artıq start verilib.

Həmçinin, siyahıdan İsrail, Çernoqoriya, Livan, Şimali Makedoniya və tanınmayan Kosovonun da xaric edilməsi gözlənilir.

İttifaqa üzv ölkələrdən hər hansı birinin etirazı olmazsa, yekun qərarın bazar ertəsi qəbul ediləcəyi bildirilir.

Mənbə: “Reuters”