ABŞ Əfqanıstandan 110 min insanı təxliyyə etdiyini açıqladı

ABŞ Əfqanıstanın paytaxtı Kabildən təxliyyə etdiyi insanların sayını açıqlayıb.
Bu barədə “Twitter” hesabında Ağ Evin mətbuat katibi Endryu Beyts məlumat yayıb.

“Avqustun 14-dən bu yana təxminən 105 min insan təxliyyə olunub. İyulun sonundan bu yana isə sözügedən rəqəm 110,6 minə bərabərdir”, - deyə E.Beyts bildirib.