Araşdırma: İtlər dilimizi öyrənirlər

Macar elm adamlarının itlər üzərində apardıqları araşdırmada bu heyvanların insan dilini anlaya biləcəyi təsbit edilib. Bunun üçün əvvəlcə müxtəlif ölkələrdən bir çox itlər bir araya gətirilib.
“Sherg.az” “Trthaber.com”a istinadən bildirir ki, araşdırmada insanların sadiq dostu olan itlərin 100 -dən çox söz öyrənə bildiyi aşkar olunub.
İlk mərhələdə altı it 28 -dən çox oyuncağın adını öyrənməyi bacarıb. Beləliklə, həmin itlər növbəti təlim üçün düşərgəyə aparılıb və orada müəyyən bir təlim proqramı keçiblər. İtlərə əvvəlcə bir həftədə altı oyuncağın, sonrakı bir həftədə isə 12 oyuncağın adı öyrədilib. Bu üsulla itlərin qavrama qabiliyyətinin insanların körpəlikdə öyrənmə sürətinə bərabər olduğu anlaşılıb.