Bu halda İran parçalanacaq - Pezeşkian

Ölkədə hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan özlərinin hökumətlərini quracaqlar.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian ABŞ-da iranlılarla görüşündə deyib.

O, ölkə daxilində böhranların davam edəcəyi təqdirdə artıq İran adında ölkənin mövcud olmyacağını bildirib.