Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq -POLİTOLOQ

Azərbaycanda qəbul edilən qərarları şərh edə bilmərəm. Həbslə bağlı qərarları azərbaycanlılar verib. Bu sözləri Qarabağdakı keçmiş separatçı-terrorçuların özünü buraxan keçmiş başçısı Samvel Şahramanyan Ermənistanda mediaya açıqlamasında deyib. O bildirib ki, azırda haqqımda niyə həbs qərarının verilmədiyini bilmirəm. Düşünürəm ki, zamanla bunun cavabını alacağıq. Qeyd edək ki, 2023-cü ilin 28 sentyabrında Samvel Şahramanyan qondarma qurumun özünü buraxdığı haqda “sərəncam” imzaladıqdan sonra Azərbaycanı tərk edə bilib.

Politoloq İlqar Vəlizadə “Sherg.az”a söyləyib ki, Qarabağdakı keçmiş separatçı-terrorçuların özünü buraxan keçmiş başçısı Samvel Şahramanyan da digərləri kimi cinayətkardır:


“Onun əli konkret olaraq azərbaycanlıların qanına bulaşıb. Şahmaranyanın həbsi ilə bağlı qərar məntiqə uyğundur. Ümumiyyətlə seperatçı qurumun fəaliyyəti ilə məşğul olan bütün insanlar Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan şəxslərdir. Ona görə də Azərbaycan qanunvericiliyinə görə həmin şəxslərə müəyyən iş düşür.  Şahmaranyandan başqa seperatçı quruma başçılıq edən digər şəxslər də var ki, hazırda Ermənistanda gizləniblər. Həmin şəxslər də gec-tez cinayət məsuliyyətinə cəlb olunacaqlar. Hazırda Azərbaycam həbsxanasında olan şəxslər vaxtilə rəsmi Bakının onları həbs etməsinə istehza ilə yanaşırdılar. Belə olan halda Şahmaranyan və digərləri cinayət məsuliyyətinə cəlb olunmamaqla bağlı əmin ola bilməzlər”.