Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinə yeni üzv seçilib

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinə yeni üzv seçilibAzay Quliyev
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinə yeni üzv seçilib.

"Report"un xəbərinə görə, komitə üzvlüyünə deputat Azay Quliyevin namizədliyi irəli sürülüb.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.