85 saylı marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Oktyabrın 13-dən Alı Mustafayev küçəsinin “3-cü mikrorayon” dairəsindən “3-cü mikrorayon bazarı” istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 85 saylı marşrutun mərkəz istiqamətində hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Dəyişikliyə əsasən, marşrut üzrə avtobuslar müvəqqəti olaraq C.Xəndan küç. - Azadlıq prospekti - S. Bəhlulzadə küç.- Atatürk prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.