“Kəramətlə görüşmüşəm, heç bir problem yoxdur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında yazıçı Kəramət Böyükçölün atası şair Qəşəm Nəcəfzadə deyib.
O, K. Böyükçölün hazırda müalicə aldığını bildirib:“Kəramət uzun müddət idi ki, spirtli içki qəbul edirdi. Sonra səhhətində problemlər yarandı. Biz də onu müalicə alması üçün xəstəxanaya yerləşdirmişdik.
O balaca uşaq deyil, 35 yaşı var, mən nə edim? Kəramət ayrı yaşayır. Dəfələrlə demişəm, yenə spirtli içki qəbul edir, bu onda artıq xroniki xəstəlik kimidir.”.