Uşaqları QİÇS-dən necə qorumalı? - Həkim geniş məlumat verdi+ Fotolar


1 dekabr - Ümumdünya QİÇS günüdür. Böyük rus yazıçısı Anton Çexov deyirdi ki, rəqibinə qalib gəlmək istəyən insan öz şərəfini gözləməli, nəfsinə qalib gəlməyə qadir olmalıdır. "Bəs hazırda bütün bəşəriyyəti narahat edən qazanılmış immun çatışmazlığı sindromu QİÇS- lə necə mübarizə aparılır? Ümumdünya QİÇS-lə  mübarizə günü İdrak liseyində də qeyd olunub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ambulator yardım və Dispanser müşahidə şöbəsinin həkim infeksionisti  Emiliya Şahbszova  liseyin şagirdlərinə  QİÇS-lə mübarizə  haqqında geniş məlumat verdi.

Tədbir zamanı məktəblilərə o da aşılandı ki, xəstəliklər üçün nə zaman, nə sərhəd ,nə qadağa var. Diqqətsizlik, laqeydlik , biganəlik, pis vərdişlərə meyllilik QİÇS xəstəliyinə yoluxma riskini artıra bilər.  Çünki  QİÇS ölümcül xəstəlikdir və bu virusa yoluxma halları durmadan artır. Sonda həkim infeksionist liseyin şagirdlərini maraqlandıran sualları cavablandırıb.