COP29-da Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizi üzrə ilkin nəticələr elan ediləcək

Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələri noyabrda, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində elan ediləcək.

“APA-Economics” xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə energetika naziri Pərviz Şahbazov deyib.

Ətraflı

Nazirin sözlərin sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji əməkdaşlıq haqqında hökümətlərarası sazışın tezliklə imzalanması nəzərdə tutulub.