İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə elektron kommunikasiya sahəsində yeni qanun layihəsi hazırlayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən təlimdə İKTA-nın idarə heyətinin sədri Nail Mərdanov deyib.
O, bildirib ki, hazırda layihə ikinci dəfə dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
"Eyni zamanda, gələcəkdə ölkədə fəaliyyət göstərən provayderlərə qarşı cəza mexanizmlərinin, müxtəlif sanksiyaların tətbiqi nəzərdə tutulub", - deyə N.Mərdanov əlavə edib.