İsrail SEPAH komandirlərini və Əsədin qardaşını vurdu

İsrail ordusu Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin Dəməşqin yaxınlığındakı villasına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu məlumat Suriya hökuməti tərəfindən təsdiqlənib.

Rəsmi məlumatda bildirilib ki, hava zərbələrindən sonra Mahir Əsədlə əlaqə kəsilib və onun taleyi barədə bilgi əldə etmək mümkün olmayıb.

Başqa məlumata görə isə Suriya ordusunun dördüncü diviziyasının komandanlığının başçı olan Mahir Əsəd villasında SEPAH komandirləri ilə iclas keçirdiyi zaman vurulub.

Ölən və yaralananların sayı barədə hələlik açıqlama verilməyib.

Xatırladaq ki, cari ilin fevral ayında M.Əsədin İsrail kəşfiyyatı tərəfindən öldürülməsi barədə məlumat yayılmışdı.