Putinin nüvə təhdidi: Zelenski bu açıqlaması ilə özünü sığortalayır

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin nüvə hədəsi ilə bağlı açıqlamasında deyib ki, Rusiya prezidentinin ağlında nə olduğu heç kimə məlum deyil. 
O bildirib ki, Putin istənilən vaxt istənilən ölkəyə qarşı nüvə silahından istifadə edə bilər, ya yox? Onun bunu edəcəyinə əmin deyiləm. Fikirlərimi sizinlə bölüşürəm, amma Allaha şükür ki, mən Putin deyiləm. Dəqiq deyə bilmərəm, çünki o, adekvat deyil. İstənilən adekvat insan Ukraynaya gəlib onun etdiklərini edə bilməz. Putin öz həyatını, həyat tərzini və başqalarının həyatını idarə etməyi sevir. Buna görə də düşünürəm ki, o, nüvə silahından istifadə etməz. 


Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Vladimir Zelenski dünyanın ən böyük dövlətlərinin arasında yer alan Rusiya ilə müharibə aparır:

“Bu savaş üçün xarici ölkələrdən, xüsusilə də NATO dövlətlərindən silah yardımı istəyir. Ən son xəbərlərə görə Avropa və Amerika NATO səviyyəsində Ukraynaya göndərilən silahların Rusiyanın mərkəzinə hücumların edilib-edilməməsi istiqamətində fikirləşir. Ukrayna tərəfi isə silahların müdafiə məqsədilə deyil, hücum üçün istifadə olunmasının icazəsini arzulayır. Belə olan halda Vladimir Putin açıqlama verdi ki, Rusiyanın ərazisinə atılan hansısa raket onun qırmızı xəttidir. Həmin qırmızı xətti keçən istənilən dövlət cəzalandırılacaq. Zelenski ona görə bu açıqlaması ilə özünü sığortalayır. Yəni Rusiyanın qırmızı xəttinin keçildiyi halda Putinin nüvə silahından istifadə edə biləcəyini proqnazlaşdırır”.