Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb -YENİLƏNİB

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.
APA-nın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.
Ramid Namazov Komissiyanın sədri, Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Qaya Məmmədov, Sevil Mikayılova, Rasim Musabəyov, Gülşən Paşayeva və Zaur Şükürov Komissiyanın üzvləri seçilib.

***
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılacaq.
APA-nın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə daxil edilib.