Nasir Kənani: İran müharibə istəmir, ancaq müharibədən də qorxmur

İran İsrailin “cinayətkar əməllərindən” heç birini cavabsız qoymayacaq.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında Livanda Hizbullah lideri Həsən Nəsrullah və SEPAH komandirinin əməliyyatlar üzrə müavini, briqada generalı Abbas Nilforuşan öldürülməsinə münasibət bildirərkən deyib.

Kənani İranın müharibə istəmədiyini, lakin müharibədən qorxmadığını qeyd edib.

“İran Livan hakimiyyəti ilə birgə bu məsələləri yaxından izləyir”, - Kənani vurğulayıb.