"Beşiktaş" fərqli məğlubiyyətdən sonra geri dönüş axtarır

"Beşiktaş" Avropa Liqasında fərqli məğlubiyyətdən sonra geri dönüş axtarır. “Ağ-qaralar” saat 20-də həftənin qapanış matçında “Kayserispor”un qonağı olacaq.

Sherg.az xəbər verir ki, "Beşiktaş" liqa mövsümünə 5 matçda 4 qələbə və 1 heç-heçə ilə başlasa da, Avropa Liqasında "Ayaks"-a 4-0 hesablı məğlubiyyət komandanın əhval-ruhiyyəsini pozub.

Saat 20:00-da başlayacaq qarşılaşmanı baş hakim Atilla Karaoğlan idarə edəcək.