Sürücünü arı sancdı, yük maşını aşdı: Sürücü xəsarət alıb

Samsunda hərəkət edən yük maşınının sürücüsünü arı sancıb. Sürücü arıya müdaxilə edərkən yük maşını idarəetmədən çıxaraq aşıb. Ordu-Samsun yolu aşmış yük maşını səbəbiylə trafikə bağlanıb. Xəsarət alan sürücü xəstəxanaya aparılıb.
Sherg.az xəbər verir ki, alınan məlumata görə, Sanayi Mahallesi Atatürk Bulvarında Samsun stadionu ilə üzbəüz viyadükdə 61 AEG 258 nömrəli qarğıdalı silosu yüklənmiş yük maşını ilə hərəkət edən Serdar Sağırı arı sancıb.


Sağır arıya müdaxilə edərkən, yük maşını idarəetmədən çıxaraq aşıb və təxminən 50 metr sürüklənib.

Yaralı TIR sürücüsü sağlamlıq qrupları tərəfindən Samsun Təhsil və Araşdırma xəstəxanasına aparılıb.

Yaralının səhhətinin yaxşı olduğu öyrənilib.