Elm, təhsil və gənclər naziri Giorgi Amilaxvari tutduğu vəzifədən istefa verib.
24News.ge xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.
Amilaxvari bildirib ki, siyasi komandanın üzvü olaraq qalacaq:
"Mən siyasi komandamızın sıravi əsgəri olaraq qalıram - İctimaiyyətə demək istəyirəm ki, siyasət çox ağır bir işdir və liderlərimizin ölkə maraqlarını qorumaq üçün fədakarcasına göstərdiyi təzyiq inanılmazdır. Onları qoruyun", - deyə o bildirib.
Giorgi Amilaxvari deyib ki, baş nazirdən və komanda rəhbərlərindən xahiş edib ki, ona 4 illik fasiləsiz işdən sonra özəl sektora qayıtmaq imkanı versinlər.
Məlumat üçün bildirək ki, Giorgi Amilaxvari 2023-cü il martın 20-də Gürcüstanın Elm, təhsil və gənclər naziri təyin edilib, onun namizədliyi keçmiş baş nazir İrakli Qaribaşvili tərəfindən irəli sürülüb. Amilaxvar sözügedən vəzifədə Mixail Çxenkelini əvəzləyib.