Göygöldə azyaşlının üzərinə dəmir qapı düşüb, vəziyyəti ağırdır

Göygöldə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb.

Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.