Gürcüstanın azərbaycanlılar yaşayan kəndində atışma olub, yaralanan var

Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qaracala kəndində silahlı insident baş verib.
“Report”un yerli bürosunun xəbərinə görə, kənd sakini həmkəndlisinə atəş açıb.
Qol və ayaq nahiyəsindən yaralanan gənc xəstəxanaya çatdırılıb, vəziyyəti sabit ağır kimi qiymətləndirilir.
İnsidentin səbəbi hələ bilinmir. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.