Azərbaycanda baş həkim vəzifəsindən azad edildi


Azərbaycanda baş həkim işdən çıxarılıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı Oxu.Az-a təsdiq ediblər.

Qurumdan bildirilib ki, Elçin Bilalovla bağlanmış əmək müqaviləsinin müddəti bitib və müddət uzadılmayıb.