Sabitliyimizi istəməyən qüvvələrin planlarını birliyimizlə alt-üst etməliyik  - Musa Qasımlı

“30 ilədək işğal altında qalan torpaqlarımızın azad edilməsində milli birliyimiz əsas rol oynadı”.

“Sherg.az” xəbər verir ki, bunu millət vəkili, professor Musa Qasımlı deyib. 

Deputat bildirib ki, böyük tarixi qələbə nəticəsində millətimizin üstündəki ləkə silindi, qalib olduq: 

“İndi qarşımızda dayanan başlıca vəzifə işğaldan qurtarılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını dirçəltmək, bərpa etmək və oralara həyat verməkdir. Bundan ötrü bizə yenə də milli birlik gərəkdir. Bir olanda, ölkəmizdə sabitlik hökm sürəndə daim məqsədlərimizə nail olmuşuq. Lakin bu vəziyyət bədxahlarımızı narahat edir. Azərbaycanda sabitsizlik yaratmaq düşmənlərimizin arzusu və planlarıdır. Bir millət olaraq bu planları alt-üst etməliyik. Birliyimiz daimi olmalıdır”.